AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"AZƏRİQAZ” İB-NİN RƏHBƏRLİYİ ONLAYN VƏTƏNDAŞ QƏBULU KEÇİRİB

  • + A
  • - A
  • 25-02-2022, 19:25

    "AZƏRİQAZ” İB-NİN RƏHBƏRLİYİ ONLAYN VƏTƏNDAŞ QƏBULU KEÇİRİB

    Bu gün “Azəriqaz” İB-nin rəhbər şəxsləri növbəti dəfə onlayn vətəndaş qəbulu keçirib. Videoformatda keçirilən görüş zamanı baş direktor Ruslan Əliyev Bərdə rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Ağcabədi rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov isə Beyləqan rayon sakinlərinin müraciətlərini dinləyiblər. Vətəndaşlar qəbul zamanı qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri Birliyin rəhbər şəxslərinə çatdırıblar. Bundan əlavə, vətəndaşlar tərəfindən qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər də ünvanlanıb. Baş direktor və müavinləri Tərtər Regional qaz istismarı İdarəsinin rəhbər şəxslərinə vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlar veriblər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR