AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kürəkən qətlinə görə ata 19, qızı isə 14 il 6 ay həbs aldı

  • + A
  • - A
  • Bu gün, 14:34

    Kürəkən qətlinə görə ata 19, qızı isə 14 il 6 ay həbs aldı

    Kürəkəni Ədil Məhərrəmovu öldürməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Məhərrəmovanın məhkəməsi başa çatıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslər barəsində hökm çıxarılıb.

    Qərara əsasən, Nəcəf Qafarov 19 il, Nuranə Məhərrəmova 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Hər iki şəxs xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinib.

    Hadisə ötən ilin yazında Biləcəri qəsəbəsində baş verib. Məlumata görə, ata və qızı Nuranə Məhərrəmovanın həyat yoldaşı Ədil Məhərrəmovu kəsici-deşici alətlə qətlə yetiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR