Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllim və tələbələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.
Aİİ rektoru, dosent Aqil Şirinov ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk gündən etibarən, milli-mənəvi və dini dəyərlərimizin qorunması istiqamətində gördüyü mühüm işlərdən bəhs edib. A.Şirinov bildirib ki, ölkəmiz müstəqillik qazandığı illərdən tolerantlıq ənənələrinin qorunub-saxlanılması və inkişafı, o cümlədən yeni dini ibadət yerlərinin inşası, mövcud olanların əsaslı təmiri və yenidənbərpası istiqamətində çoxsaylı işlər görülüb. O, sovet dövründə tamamilə dağıdılan Bibiheybət məscidinin 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə yenidən bərpa edildiyini xüsusi vurğulayıb.
A.Şirinov daha sonra ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə ölkədə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini dəyərlərin qorunması istiqamətində qətiyyətli addımlar atıldığını bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi mühüm islahatların davamı olaraq, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin layiqli siyasət yürütməsi nəticəsində 44 günlük Vətən Müharibəsində tarixi qələbə qazandıq. Müzəffər Ordumuz mədəniyyət paytaxtımız Şuşanı işğalçılardan azad etdi. Rektor Aİİ-nin yeni binasında ilk respublika konfransının Şuşa şəhərinin 270 illiyinə həsr olunduğuna diqqət çəkib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov çıxış edərək, Heydər Əliyevin sovet dövrü və müstəqillik illərindəki xidmətləri barədə arxiv sənədlərinə istinadən məlumat verib. C.Bayramov Ulu Öndərin hakimiyyəti illərində qarşılaşdığı çətinliklərə toxunaraq, əzmlə və səbirlə yürütdüyü siyasətin hazırda cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb. Heydər Əliyevin hakimiyyəti dövründə xarici ölkələrlə qurulan diplomatik münasibətlərin bu gün də dövlətçilik siyasətində müsbət istiqamətdə təsirini diqqətə çatdıran C.Bəhramov Ümummilli Liderin siyasi və dövlətçilik irsi ilə bağlı daim araşdırmalar aparıldığını vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.