Mayın 10-da müasir Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Birlikdə Güclüyük Fondunun idarə heyyəti və aktiv icma üzvlərinin təşkilatşılığı ilə təbdir keçirildi.
Azadmedia.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ulu Öndərin həyat və siyasi fəaliyyətinin bəzi məqamlarını əks etdirən videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.
Niderland Belçika Koordinasiya Şurasının əlaqələndirici üzvü, “Birlikdə Güclüyük” Fondunun sədri İlkanə Yusifova Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi missiyalarından söz açaraq xilaskar liderin xatirəsinin qəlbimizdə əbədi yaşayacağını deyib: “Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Azərbaycan xalqı xoşbəxtdir ki, tarix ona Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətin simasında əsl ümummilli lider bəxş edib. Ulu Öndər xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirməyi bacardı”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.