Rusiyanın ən böyük aviaşirkəti Aeroflot Qoaya müntəzəm uçuşları bərpa edir: 30 sentyabrdan Moskvadan, 3 oktyabrdan Yekaterinburqdan uçuşlar həftədə üç dəfə həyata keçiriləcək. RİA Novosti xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Aviaşirkət reyslərə böyük tələbat olacağını gözləyir: yerli turistlər Hind okeanının sahillərinə rahat və transfersiz gedə biləcəklər.
Aeroflot bütün il boyu Moskvadan Dehliyə birbaşa uçuşlar həyata keçirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.