Millət vəkili Etibar Əliyevdən maraqlı paylaşımBakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov facebook hesabında “Auditoriyanı corabla gəzən Müəllim"...başlıqlı olduqca maraqlı bir paylaşım edib: "Hal-hazırda ali təhsil müəssisələrində semestr imtahanlarının gedişinin ən qızğın çağıdır. Bu, danılmaz həqiqətdir ki, tələbələr imtahan zamanı həmişə çox gərgin, həyəcanlı olurlar. Tələbə olan hər kəs bu təbii halı yaşayıb.
Bu səbəbdən nəzarətçilər, müəllimlər tələbələrin imtahan anlarındakı gərgin və həyəcanlı durumunu başa düşməli, olduqca həssas davranmalıdırlar.
Bir neçə il bundan əvvəl rastlaşdığım və o vaxtdan düşüncələrimə böyük təsir göstərmiş heyətamiz bir davranış nümunəsini sizlərlə də paylaşmaq istəyirəm.
Bakı Ali Neft Məktəbimizdə MBA proqramında Nikola müəllim (NiccoloHeilpern) dərs deyirdi. O, eyni zamanda məşhur MaireTecnimont (İtaliya) şirkətinin Bakı üzrə rəhbəri idi.
Nikola müəllim bizdə bir neçə il dərs apardı. Çox intizamlı və bilikli, həm də həlimxasiyyət, mehriban müəllim idi. Axşam saat 19.00-da dərs başlasa da, heç zaman dərsə gecikməzdi, tələbələrdən əvvəl gələr və sinfi hazırlayar, tələbələrini isə gülər üzlə qarşılayardı.
Böyük vəzifəsi olsa da, həddsiz sadəliyi ilə tələbələrin sevimlisinə çevrilmişdi.
Bir gün baş vermiş bir hadisə təkcə tələbələri yox, elə məni də heyrətləndirmişdi.
Tələbələrimizdən biri mənə Nikola müəllimin imtahandan əvvəl arxa partaya keçərək, heç kimin diqqətini cəlb etmədən ayaqqabılarını səliqəli şəkildə çıxardığını və corabının üstünə özüylə əvvəlcədən gətirdiyi başqa bir corab geyinərək, nəzarət işini həyata keçirdiyini bildirdi...
Bəli, məhz imtahan zamanı tələbələrin diqqətini ayaq səsləriylə yayındırmamaq üçün Nikola müəllim belə etmişdi.
Yadıma böyük türkoloq alim rəhmətlik Aydın Məmmədovun bir maraqlı söhbəti düşdü: “ Yazıçı, film redaktoru, “Ulduz” jurnalının şöbə müdiri Vidadi Məmmədovgilə getmişdik. Qızmar avqust günündə Vidadinin həyat yoldaşı qalın isti corab geyinmişdi. Doslarımızdan biri yarızarafatla bunun səbəbini soruşdu: “Vidadi işləyəndə polun cırıltısı ona mane olur. Onun fikrini yayındırmaq istəmirəm” - dedi. Vidadi müəllimin xanımı polun cırıtının səsinin azaldılması üçün bu hərəkəti edibmiş. Rəhmətlik Vidadi Məmmədovu çox istedadlı və dəyərli dost kimi dəyərləndirirlər. Biz onu görə bilmədik...Təəsüflər olsun ki, cavan yaşında avtomobil qəzasından dünyasını dəyişdi.
Allah Aydın Məmmədova və Vidadi Məmmədova Rəhmət eləsin…