AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Leo Messi bu azərbaycanlı ilə işbirliyinə başlayıb

  • + A
  • - A
  • 5-03-2024, 16:30

    Leo Messi bu azərbaycanlı  ilə işbirliyinə başlayıb

    Həmyerlimiz, For Azerbaijan Xeyriyyə təşkilatının sədri Samir Süleymanov dünya şöhrətli futbolçu Leonel Messi ilə birgə təsis etdiyi Join The Planet Fondunun İdarə Heyətinə rəhbərlik edəcək. Fond ətraf mühitin mühafizəsinə yönəlmiş layihələrin maliyyələşdirilməsinə xidmət göstərəcək.

    BƏƏ-də təşkil olunmuş COP28 Sədrliyinin Maliyyə Gündəliyinin layihələndirilməsi və çatdırılması üzrə direktor olmuş Samir Süleymanov bu xəbəri şəxsi linkedin hesabında bildirib.
    “Join The Planet (JP) Fondu Leo Messi və digər əfsanələrdən gələn ilhamı davamlı iqtisadiyyatın qurulmasında fərdlərə və icmalara dəstək vermək üçün yaradılmış xüsusi layihədir.
    İnteqrasiya edilmiş biznes və xeyriyyəçilik yanaşması iqlimlə mübarizə üçün etibarlı və davamlı maliyyə mənbələrini təmin etmək üçün nəzərdə tutulub”.
    Xatırladaq ki, Fondun İdarə Heyətində dünyaca məşhur siyasətçilər, idmançılar və s. tanınmış insanlar var.
    Artıq Join The Planet (JP) Fondu rəsmi saytında bu xəbəri təsdiqləyib.
    Azadmedia.az xatırladır ki, Samir Süleymanov yeganə azərbaycanlıdır ki, Messi ilə dünya səviyyəli layihənin rəhbəri təyin olunub.
    https://www.instagram.com/jointheplanet/reel/C3-wqMqpVcV/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR