AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ÜST-nin baş direktoru XI Qlobal Bakı Forumunda iştirak edəcək

  • + A
  • - A
  • 6-03-2024, 11:08

    ÜST-nin baş direktoru XI Qlobal Bakı Forumunda iştirak edəcək


    Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus XI Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.
    Qebreyesusun Pandemiya Müqaviləsi və milli sağlamlıq potensialının gücləndirilməsi mövzusunda təqdimat edəcəyi gözlənilir.

    Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XI Qlobal Bakı Forumu martın 14-16-da keçiriləcək.

    Tədbirdə 400-ə yaxın dünya şöhrətli peşəkarlar, eləcə də keçmiş və indiki dünya liderləri, nazirlər və Nobel mükafatçıları iştirak edəcək.

    Xatırladaq ki, 2023-cü ilin martında keçirilmiş əvvəlki Qlobal Bakı Forumunda bir çox ölkələr və tanınmış beynəlxalq təşkilatlar təmsil olunmuşdu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR