AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Anadangəlmə ürək qüsurlarının aradan qaldırılmasını İTSDA qarşılayır

  • + A
  • - A
  • 6-03-2024, 13:02

    Anadangəlmə ürək qüsurlarının aradan qaldırılmasını İTSDA qarşılayır

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Bona Dea Hospitalında uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması üzrə ümumilikdə 44 tibbi xidmət dövlət büdcəsi hesabına qarşılanır. Azadmedia.az xəbər verir ki, bu məlumatı Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova media nümayəndələri üçün təşkil edilən tur zamanı bildirib.
    Agentlik rəsmisinin sözlərinə görə bu xidmətlərə ürək qapaqlarının təmiri və ya dəyişdirilməsi, ürəkətrafı kisənin açılması, qulaqcıqarası, mədəcikarası çəpər defektlərinin protezlə bərpası, kəskin ürək çatışmazlığında qanın oksigenlə zənginləşdirilməsi və digər tibbi prosedurlar daxildir.
    2023-cü ilin noyabrından bu günədək 95 uşaq əməliyyat olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR