Hollandiya hakimiyyəti ölkədəki dövlət qurumlarına Facebook sosial şəbəkəsindən istifadə etməməyi tövsiyə edib. Bu barədə Hollandiya hökumətinin saytında məlumat verilib.
Hollandiyanın Məlumatların Mühafizəsi Təşkilatının fikrincə, dövlət qurumları Facebook-dan ictimaiyyətlə ünsiyyət kanalı kimi istifadə etməməlidirlər, çünki hazırda sosial şəbəkənin dövlət saytlarına daxil olan vətəndaşların şəxsi məlumatlarından necə istifadə etməsi barədə dəqiq anlayış yoxdur. Bu xüsusilə azyaşlılar üçün doğrudur.
Departamentin bəyanatında bildirilir ki, hökumət Facebook-dan istifadə ilə bağlı riskləri tez bir zamanda aradan qaldırmalıdır. Belə tədbirlər görülməyənə qədər dövlət qurumlarına bu sosial şəbəkədən istifadə etməmək tövsiyə olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.