Dövlət Statistika Komitəsi açıqlayıb ki, ötən il Azərbaycanda 56 min 124 nəfərə anemiya dioqnozu qoyulub. 2022-ci ildə Azərbaycanda 46 min 770 nəfərə bu diaqnoz qoyulmuşdu.
Yəni, ötən il anemiya diaqnozu qoyulanların sayı 2022-ci illə müqayisədə 10 min nəfərə yaxın və ya 21 faiz artıb.
Anemiya diaqnozu qoyulması baxımından, 2023-cü ildə Azərbaycanda antirekord qeydə alınıb. İndiyədək bu xəstəliyə ən çox yoluxma 2016-cı ildə qeydə alınmışdı. Həmin il anemiya diaqnozu qoyulanların sayı 50 min 198 nəfər - ötən illə müqayisədə təxminən 12 faiz daha az olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.