AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İxtisasını düzgün seç – Mühəndis ol!” adlı layihənin tədbirləri davam edir - FOTOLAR

  • + A
  • - A
  • 22-05-2024, 19:55

    “İxtisasını düzgün seç – Mühəndis ol!” adlı layihənin tədbirləri davam edir - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Mühəndislərin İnkişafına Dəstək” İctimai Birliyi “İxtisasını düzgün seç – Mühəndis ol!” adlı layihənin tədbirləri davam edir.


    QHT.az xəbər verir ki, layihə çərçivəsində 21 may 2024-cü il tarixində Bakı şəhəri, Nizami rayonu, 210 nömrəli orta məktəbdə 10 və 11-ci sinif şagirdləri üçün tədbir keçirilib.

    Tədbirdə çıxış edən layihə rəhbəri Əli Babazadə şagirdlərin özlərinə uyğun ixtisas seçiminin önəmindən, onların təhsillərinə, gələcək karyeralarına necə vacib təsir göstərdiyindən danışıb. İxtisas seçimi edərkən hansı nüanslara diqqət etmələri, tələbə adını qazandıqdan sonra özlərinə uğurlu gələcək qurmaları üçün hansı addımları atmaları, nələri öyrənmələri olduqları barəsində məlumat verib. Daha sonra təlimçi Pərvanə Babayeva mühəndislik ixtisasları haqqında geniş məlumat verib: hansı mühəndislik ixtisasının gördüyü işlər nələrdir, gələcək perspektivləri nələrdir, hansı universitetlərdə tədris olunur və s.

    Tədbir sonunda şagirdlərlə yarışma keçirilib. Şagirdlər komandalara bölünərək 15 dəqiqə ərzində kağız və yapışqandan istifadə edərək hündür və dayanıqlı konstruksiya qurmaları tapşırığı verilib. Nəticədə şagirdlərin komanda işləmə bacarıqları, məntiqi təfəkkür, mühəndis yanaşması bacarıqları yoxlanılıb.

    Tədbirin sonunda hal-hazırda tələbə və müxtəlif təcrübə proqramlarının qalibləri – Rəhimə Kərimova və Hüseyn Əliyev şagirdlərə tələbəlik həyatından, necə uğur qazanmasından, təcrübə proqramlarında iştirakından danışıb. Şagirdlərə öz tövsiyələrini verib.

    Tədbirdə 35 nəfər 1-ci ixtisas qrupuna hazırlaşan 10 və 11-ci sinif şagirdləri, həmçinin bir neçə valideyn iştirak etmişdir. İştirakçılara layihə çərçivəsində dəftərxana ləvazimatları (layihənin bloknotu və qələm) paylanıb.
    Layihə Azərbaycan Respublikasının Qeyr-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il Kiçik Qrant müsabiqəsinin qalibi olmuşdur. Layihə üzrə daha 6 məktəbdə tədbirlər keçiriləcək.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR