Həmidə Ələfsərova "Milyonların şousu"nda qazandığı 3 min manatı YAŞAT fonduna ianə edib. O, bu barədə sosial media hesabında məlumat verib.
"Çox sevincliyəm,çox qürurluyam."Milyonların Şousu"nda qazanıgım 3000 AZN-i səmimi qəlbdən YAŞAT Fonduna ianə etdim. İctimai TV nin rəhbərliyinə,"Milyonların şousu" proqramının başda Fateh bəy olmaqla bütün əməkdaşlarına sonsuz təşəkkür edirəm", - yazan Həmidə xanım Azadmedia.az-a bildirib ki, Kimya biologiya təmayüllü Respublika liseyinde həkim-pediatr vəzifəsində çalışır.
Həmidə xanımın tələbəlik illəri 1989-95-ci illərə təsadüf edib. Keçid dövrünə düşüb. Həmidə xanım deyir, həmişə arzum olub ki, torpaqlarımız işğaldan azad olunsun. Əgər müharibə olsa mən də orda həkim olaraq iştirak edim. Amma 44 günlük Vətən müharibəsində mənim saglıgımda ciddi problemlər olduğuna görə iştirak edə bilmədim.YAŞAT Fonduna yüksək məbləğ köçürmək istədim, buna görə nəsə bir layihə hazırlamağı fikirləşirdim. 2022-ci il iyun ayında "Milyonların şousu"nu izləyəndə fikirləşdim ki, verilişə müraciət edim və qazanacagım bütün məbləği YAŞAT FONDUNA körüçürdüm.
Kollektivimiz adından böyükürəkli Həmidə xanıma cansağlığı, işlərində uğurlar arzulayırıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.