AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ümumi cərrahiyyə komandası mürəkkəb əməliyyatı uğurla icra etdi

  • + A
  • - A
  • 27-05-2024, 16:08

    Ümumi cərrahiyyə komandası mürəkkəb əməliyyatı uğurla icra etdi

    Yeni Klinikada cərrahiyyədə önəmli əməliyyatlardan biri olan “Whipple” əməliyyatı icra edilib.

    Belə ki, sarılıq şikayəti ilə müraciət edən 68 yaşlı kişi xəstəyə müayinə olunduqdan sonra mədəaltı vəzi törəməsi diaqnozu qoyulub.

    Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədovun rəhbərliyi ilə ümumi cərrah Uzm.Dr. Ayxan Abbasov və anestezioloq-reanimatoloq Lalə Əliyevanın komandasının iştirakı ilə baş tutan əməliyyat uğurla icra edilib.

    Əməliyyatdan sonra stasionar müalicə alan xəstə ambulator müalicə üçün evə yazılıb.

    Qeyd edək ki, mədəaltı vəzin başının, bu nahiyəyə yaxın olan öd yollarının, onikibarmaq bağırsağın törəmələrində icra edilən “Whipple” əməliyyatı cərrahiyyədə ən böyük əməliyyatlardan hesab olunur. Bu əməliyyatın effektiv tətbiqi üçün təcrübəli cərrahi komandanın olması vacibdir.

    Xatırladaq ki, Yeni Klinikanın Ümumi cərrahiyyə şöbəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində həyata keçirilən əməliyyatlar avropa protokollarına uyğun, müasir yöntəmlərlə icra olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR