AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstandakı səfirliyimiz: “Selin vurduğu ziyan hesablanır”

  • + A
  • - A
  • 28-05-2024, 10:32

    Gürcüstandakı səfirliyimiz: “Selin vurduğu ziyan hesablanır”

    Xəbər verdiyimiz kimi Gürcüstanda güclü yağışlar sel və daşqınlara səbəb olub. Müşahidə olunmuş güclü yağışlar nəticəsində Gürcüstanın Kvemo-Kartli bölgəsində, xüsusən də Marneuli, Bolnisi və Dmanisi rayonlarında təbii fəlakət baş vermiş, bir sıra kəndlərin əhalisinin şəxsi əmlaklarına və kənd təsərrüfatı sahələrinə ziyan dəyib. Bəs azərbaycanlılara ziyan dəyibmi?

    Azərbaycanın Gürcüstandakı səfirliyindən AzadMedia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, insanların sağlamlığına xəsarət dəyməsi ilə bağlı xəbərlər daxil olmayıb:

    “Lakin yolların sıradan çıxması səbəbindən bir sıra kəndlər təcrid olunub. Hazırda Gürcüstan dövləti orqanları tərəfindən insanlara yardımın göstərilməsi, eləcə də dəymiş ziyanın hesablanması ilə bağlı işlər görülməkdədir. Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi olaraq soydaşlarımızla bağlı vəziyyət barədə məlumatların əldə olunması üçün dövlət qurumlarının rəsmiləri ilə daim təmasdadır, məsələ Səfirliyin diqqətindədir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR