AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanda Birinci Kanalın yayımı dayandırılıb

  • + A
  • - A
  • 29-05-2024, 10:05

    Ermənistanda Birinci Kanalın yayımı dayandırılıb


    Birinci Kanalın erməni multipleksində yayımı dayandırılıb. Bu barədə “Armenpress” agentliyi ölkənin yüksək texnoloji sənaye naziri Mxitar Ayrapetyana istinadən xəbər verir.

    Onun sözlərinə görə, bu kanal “iki ay yarım borc yığaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməyib”.

    "Rusiya kanalının ictimai multipleksdə yayımı borc tam ödənilənə qədər müvəqqəti olaraq dayandırılıb", - Mxitaryan bildirib.

    Mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın tələblərinə məhəl qoymasalar, ölkədəki Rusiya kanallarını bağlamaqla hədələyib.

    Nazirlər Kabinetinin rəhbərinin fikrincə, ölkənin daxili siyasətinə qarşı hörmətsiz münasibət kanalların fəaliyyətinin dayandırılmasına gətirib çıxaracaq. O qeyd edib ki, bu Rusiya kanalları artıq bununla bağlı “çoxsaylı xəbərdarlıqlar” alıblar.

    2023-cü ilin dekabrında Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi Rusiya televiziya kanalları tərəfindən ölkənin daxili işlərinə qarışmamaq haqqında sazişin pozulmasının müzakirəsi xahişi ilə Rusiya tərəfinə rəsmi müraciət edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR