AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uşaqlarda travma alma riskini necə azaltmaq olar? - Həkimdən açıqlama

  • + A
  • - A
  • 11-06-2024, 12:15

    Uşaqlarda travma alma riskini necə azaltmaq olar? - Həkimdən açıqlama

    Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri Tofiq Abdullayev uşaq travmalarından danışıb.
    Doktor qeyd edib ki, travmaların xarakterik xüsusiyyətləri və əmələ gəlmə səbəblərinə görə bir çox növləri var. Bunlar məişətdə, dərslərarası fasilə, idman dərsləri, qeyri-idman dərsləri zamanı alınan, küçə, nəqliyyat və qeyri-nəqliyyat travmalarıdır. Adətən məişət travmasını uşaqlar evdə alırlar. Travmatizmin bu növü körpə uşaqlarda daha çox təsadüf edir. Ən çox rast gəlinən məişət travması yıxılma, yanıqlar, boğulma və zəhərlənmədir.
    Doktor, uşaqlarda travma alma riskini necə azaltmaq olar? - sualımıza cavab olaraq Tofiq doktor bildirib ki, gündəlik həyatımızda çarpayıdan, masadan, pilləkəndən və oyun meydançalarındakı avadanlıqlardan yıxılma uşaqlarda travmalara səbəb olur. Nəzərə almalıyıq ki, uşağa 24 saat ərzində nəzarət etmək sadə bir məsələ deyil. Hər zaman diqqət yayan faktorlar əmələ gələ bilər.

    Ehtiyatlılıq qaydalarına riayət etməklə, uşaqlarda travma riskini əhəmiyyətli dərəcədə azaltmaq olar. İlk növbədə körpə uşaqlar üçün evdə təhlükəsiz mühit yaradılmalıdır. Uşaqları su hövzələrinin yanında tək buraxmaq olmaz. Yolu keçərkən, diqqətlə yola nəzarət etməyi, təhlükəsiz yeraltı və yerüstü piyada keçidlərindən istifadə etməyi uşaqlara öyrətmək lazımdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR