Yaponiyanın cənub-qərbində Kyuşu adası yaxınlığında 6,9 bal gücündə zəlzələ qeydə alınıb və sunami təhlükəsi elan edilib. Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Meteorologiya Departamenti məlumat yayıb.
Zəlzələnin episentri Miyazaki prefekturasının yaxınlığında yerləşib. Mənbə okeanın dibinin 30 km dərinliyində yerləşirdi.
Seysmoloqların fikrincə, Miyazaki və Koti prefekturalarında dalğaların hündürlüyü 1 m-ə çata bilər. Qeyd edilir ki, ilk dalğalar artıq qeyd olunan rayonların sahillərinə çata bilər.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.