AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Psixoloq Nübar Bayramova: “Cəmiyətin sağlamlığı baxımından zəlzələdən əvvəl və sonra nə etmələri ilə bağlı maarifləndirilməsi travma ilə mübarizədə asanlaşdırıcı təsir göstərir” - REPORTAJ

  • + A
  • - A
  • 27-02-2023, 11:50

    Psixoloq Nübar Bayramova: “Cəmiyətin sağlamlığı baxımından zəlzələdən əvvəl və sonra nə etmələri ilə bağlı maarifləndirilməsi travma ilə mübarizədə asanlaşdırıcı təsir göstərir” -


    Psixoloq Nübar Bayramova,
    ADPU-nun Quba filialının, Riyaziyyat və təbiət elmləri fakültəsinin dekan müavini, psixoloq


    Qardaş Türkiyədə binaların dağılmasına və insan itkisinə səbəb olan 7,5 bal gücündə zəlzələ və davam edən afterşoklar fizioloji, emosional və davranış problemlərinə səbəb olur. Elə bu səbəbdən Azadmedia.az olaraq mütəxəssislərə üz tutduq. Zəlzələnin travmasını aradan qaldırmaq üçün mümkün qədər tez rutin işə və gündəlik həyata qayıtmağın vacibliyini vurğulayan mütəxəssislər, tez-tez hadisəni beyninizdə canlandırır və narahatlıq, yorğunluq, iştahsızlıq hiss etdiyiniz zaman peşəkar dəstək almağınızı tövsiyə edir.

    Bu minvalla, Psixoloq Nübar Bayramova zəlzələnin psixoloji təsirlərini dəyərləndirdi.



    “Cəmiyyətin sağlamlığı baxımından insanların zəlzələdən əvvəl, nələrin yaşana biləcəyi və zəlzələdən sonra nə etmələri ilə bağlı maarifləndirilməsi travma ilə mübarizədə asanlaşdırıcı təsir göstərir.”
    “Həyatınızın zəlzələdən əvvəlki və zəlzələdən sonrakı mərhələlərini müqayisə etməyə cəhd etməyin, çünki o zaman itkiləriniz sizi daha da incidəcək, sadəcə sonrası üçün yeni planlar qurun, daha dəqiq desək həyatı yenidən planlaşdırın.”

    Bu fikirləri Azadmedia.az-ın Redaktoru Ülkər Piriyevanın yönləndirdiyi suallara olan açıqlamasında Psixoloq Nübar Bayramova bildirib.

    Bəşəriyyətin qorxunc kabusu - ZƏLZƏLƏ

    Yerin qatlarının titrəməsi kimi ifadə olunan anlayış milyardlarla ildir ki, planetin gözlənilməz fəlakəti hesab olunur. Yer qatlarının titrəməsi, üst qatların sürüşməsi sayəsində yerin relyefini dəyişdirdiyi kimi, insanların da həyatında köklü dəyişkənliklər yarada, yaxud da həyatlarını əllərindən ala bilər. Bir neçə saniyənlik titrəyiş böyük dağıntıtılara səbəb olduğu kimi, birdən-birə böyük miqyasda insan təlafatları yaradır.

    Əslində, zəlzələ kabusunun müharibənin yaratdığı xaos və qorxudan o qədər də böyük də fərqi yoxdur. Əksinə, zəlzələnin yaşatdığı gözlənilməzlik təşviş insanların psixi sağlamlığına daha ağır təsir göstərə bilir.

    Baxmayaraq ki, müharibə cəmiyyətin həyatında iqtisadi çətinliklər, ölüm, fiziki və psixoloji çətinliklər yaradır, zəlzələnin insanların psixologiyasında yaratdığı qorxu daha dərindir. Hətta kənar dövlətlərdə yaşanan bu fəlakət insanlarda bu dəhşətin hər an yaşamaq qorxusunu aşılayır. Bu qorxunun dərəcəsini artıran bir məqam da ondadır ki, insanlar zəlzələnin nə zaman baş verəcəyini proqnozlaşdırmağın mümkün olmadığını çox yaxşı dərk edirlər.

    Bəli, Fevral ayının 6-da qardaş Türkiyədə baş vermis dəhşətli zəlzələ minlərlə insanın ölümünə, yaralanmasına səbəb oldu. Bir gecədə işığı sönmüş ailələr, yarımçıq qalan talelər, zəlzələdən sonra dəhşətin yaratdığı qorxunc xarabalıqlar hətta həmin ərazilərdən milyonlarla kilometr uzaqlıqda olan insanlarda dərin sarsıntı yaratdı.

    Xəbərdən sarsılan tərəflərdən biri də Azərbaycan xalqı oldu və xalqımız var gücü ilə türk qardaşlarının yanında oldu. Var gücü ilə dəstəyini göstərməyə çalışaraq həm maddi, həm də mənəvi aspektdən yanında olmağa çalışdı. İstər xilasetmə işlərində, istər ilkin tibbi yardımların göstərilməsində, istərsə də, müvəqqəti yaşayış yerlərinin hazırlanmasında yardımçı olmağa çalışdı.

    Lakin digər önəmli bir məqam isə, bu hadişənin şahidlərinə psixoloji yardımın göstərilməsidir.

    Çünki, hətta həmin ərazidən uzaqlıqda olan insanların belə psixikasında bu xəbərləri eşidəndə, ekranlardan izləyəndə, xəbərləri oxuyanda keçirmiş olduğu hisslər bu dəhşətin şahidi olanların nə dərəcədə travma aldıqlarından xəbər verir.

    Bəs zəlzələdən travma almış insanlara necə köməklik göstərə bilərik?


    Qorxunc görüntülər həm situasiyanı yaşayanlarda, həm də kənardan seyr edənlərdə gərginlik yaradır. Xüsusən, qəfil baş verən hadisə, məlumatsızlıq, dəhşətin təkrarlanacağı qorxusu insanlarda həyacan və təşvişi artırır. Bu fiziki və emossional stresi gücləndirir.

    Belə insanlarda tez-tez baş aylanması, ürək bulanma, qusma, ürək döyüntülərinin sürətlənməsi, daima narahatlıq içində olma, nəfəs tıxanması, yuxusuzluq, iştahsızlıq, bədbinlik, güvənsizlik, hətta məkan və zaman anlayışlarının itməsi müşahidə edilir.

    Bu insanlar zəlzələ ilə bağlı şəkil və ya görüntüləri belə təkrarən gördükdə ağrılı hislər keçirirlər. Bu hisslər təkcə hadisələri yaşayanlarda deyil, hətta hadisələri izləyəndə də yaranır.

    Zaman keçdikcə, sanki yaxşı olduqlarını düşünsələr də, zəlzələdən sonrakı travma uzun müddət gizli qala bilir. Posttravmatik stress pozuntuları zaman keçdikcə hətta onlarda qabiliyyət pozulmasına gətirib çıxardır.

    Bu hisslərin azalması üçün ilk öncə bu haqda olan məlumatlardan bir qədər uzaqlaşmaq zəruridir. Çünki, belə oxşar informasiyalar insanların həssaslığını daha da artırır. Depressiv davranışları artırır, təşviş pozuntusu yaradır. Oxşar ərazilərdə yaşayan insanlar panikaya düşməyə başlayırlar.

    İnanın ki, kiçik bir titrəyişin təsiri altında bu qorxu ilə yaşayan insan özünü yüksək mərtəbəli binanın eyvanından ata bilər.

    Zəlzələ depresiyasına düşmüş şəxs ilkin olaraq passiv mərhələdə olur ki, şüur altı qorxsa da belə özünü soyuqqanlı göstərməyə çalışır.

    Lakin passiv mərhələdə olsa belə özünü yorğun, gücsüz, tükənmiş hiss edir. Baxmayaraq ki, ilkin mərhələdə özünü bərpası daha asan görünsə də aradan qaldırılması zəruridir.

    Sonrakı məhələ də psixoloji durum daha da ağırlaşır. Yuxusuzluq, qorxunc kabuslar davamlı olaraq təkrarlanmağa başlayır. Təbii ki, bütün bunlar insandan-insana dəyişir, ağırlıq səviyyəsi də insana görə dəyişir. Bu mərhələdə olan insan psixoloji gücünü toplasa vəziyyətdən psixoloqsuz çıxa bilir.

    Zəlzələdən sonrakı stressi azaltmaq üçün nə edə bilərsiniz?..

    - İlk əvvəl zəlzələ zamanı keçirmiş olduğunuz hislərinizi paylaşmaqdan qorxmayın, bir deyimdə olduğu kimi müsbət hislər paylaşdıqca çoxalır, mənfi hisslər isə paylaşdıqca azalır. Hislərinizi, kədərinizi paylaşdıqca, düşüncələrinizi yaxınlarınızla bölüşdükcə qismən azaltmış, qorxu hissindən uzaqlaşmış olacaqsınız.

    - Həyatınızın zəlzələdən əvvəlki və zəlzələdən sonrakı mərhələlərini müqayisə etməyə cəhd etməyin, çünki o zaman itkiləriniz sizi daha da incidəcək, sadəcə sonrası üçün yeni planlar qurun, daha dəqiq desək həyatı yenidən planlaşdırın.

    - Elə bir zamanlar ola biləcək ki, özünüzü çox çarəsiz, tənha hiss edəcəksiniz, qətiyyən qorxmayın, bunun təmamilə normal hal olduğunu düşünün.

    - Özgüvəninizin azaldığını və həqiqətən də gücünüzün təmamilə tükəndiyini hiss edirsinizsə, mütləq psixoloq dəstəyindən yararlanmağa çalışın, mütəxəssisə müraciət edin.

    - Zəlzələ zamanı itkilərinizin arxasınsa heyfslənməyin, bilin ki, artıq heç nəyi geri qaytarmaq mümkün deyil, sadəcə irəliyə baxın.

    - Mümkün qədər gündəlik həyat tərzinizi bərpa etməyə çalışın, təbii ki, həmişəki rahatlıq olmaya bilər, ancaq yeni düzəndə belə rutin həyat tərzini qurmağa çalışın.

    - Həyat tərzinizi rutinləşdirən kimi, ətrafınıza da yardım göstərin, onların yemək, yataq ehtiyaclarına dəstək olun, inanın, bunun sizə də psixoloji təsiri olacaqdır.

    - Bir müddətdən sonra psixoloji durumunuzun yüngülləşəcəyini görəcəksiniz, buna sevinməyi unutmayın, çünki motivasiyanızı artıracaq.

    - Ətrafınıza baxın, siz rahatlayacaq, stressdən uzaqlaşdıracaq hadisələrə diqqət yetirin.

    - Sizin əhvalınızı yüksəldən xəyallar qurun, bu sizin güvən hissinizi artıracaq.

    - Nə baş verməsindən asılı olmayaraq, hər zaman ayağa qalxmağı, ayaqlarınızın üstündə möhkəm durmağı bacarın, çünki əsas şərt həyatda sağ qalmaqdır, yerdə qalanlar sadəcə zaman tələb edir.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR