AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Anklavlar məsələsi aktual olaraq qalır" - Paşinyan

  • + A
  • - A
  • 2-10-2024, 20:20

    "Anklavlar məsələsi aktual olaraq qalır" - Paşinyan

    Azərbaycanla münasibətlər kontekstində anklavlar mövzusu həmişə mühüm olub və aktual olaraq qalır.

    Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib.

    "Bu mövzu gündəmdə qalır və biz bunu nəzərdən qaçıra bilmərik, çünki bizdə Artsvaşen anklavı (Gədəbəy rayonunda yerləşən Başkənd - red.) var. Nəyin hüquqi cəhətdən əsaslandırılıb, nəyin qeyri-mümkün olduğunu öyrənmək vacibdir. Əgər bir şey de-yure təsdiqlənibsə, o, tanınmalıdır. Yoxsa, bunun heç bir əsası olmaz”, - deyə Paşinyan izah edib.

    O, həmçinin vurğulayıb ki, Ermənistanın təhlükəsizlik strategiyası legitimlik üzərində qurulmalıdır və bu ölkədə “əsassız gözləntilər” olmamalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR