AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Karakasda yenidən atəş səsləri eşidilib

  • + A
  • - A
  • 6-01-2026, 07:44

    Karakasda yenidən atəş səsləri eşidilib

    Venesuelanın paytaxtı Karakasda Prezident sarayının yaxınlığında atışma səsləri eşidilib.

    Bu barədə Amerikanın "BNO News" portalı məlumat yayıb.

    Qeyd olunub ki, atışma Venesuelada prezident sarayının yaxınlığında olub. Hadisənin hansı şəraitdə baş verdiyi bəlli deyil.

    Venesuelanın "Noticias Caracol" radiostansiyasının mənbələri hadisə bölgəsində dövlət qurumlarının təxliyyə edildiyini bildirib. Onlar iddia ediblər ki, pilotsuz təyyarələr ərazi üzərində uçmuş ola bilər və bu, ehtimal ki, hava hücumundan müdafiəni işə salıb.

    "AFP" xəbər agentliyi hökumətdəki mənbələrə istinadən vəziyyətin nəzarət altında olduğunu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR