AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər

  • + A
  • - A
  • Bu gün, 20:00

    Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər

    Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət millisi İsveçrənin Sant Qallen şəhərində keçiriləcək "Swiss Open" beynəlxalq turnirində mübarizə aparacaqlar.

    Azərbaycan Taekvondo Federasiyasından "Report"a verilən məlumata görə, yarışda ölkəmizi Xıdır Məmmədov (54 kq), Fuad Məhərləmli (63 kq), Cavad Ağayev (74 kq), Taleh Süleymanov (87 kq) və Minayə Əkbərova (46 kq) təmsil edəcəklər.

    İdmançılar səfərə milli komandanın məşqçiləri Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında yollanıblar.

    Qeyd edək ki, turnir sentyabrın 6-da start götürəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR