Qaqik Tsarukyanın malikanəsindən 3 şir və 1 pələng götürülüb

Qaqik Tsarukyanın malikanəsindən 3 şir və 1 pələng götürülüb
Ermənistanın İstintaq Komitəsi iş adamı və siyasətçi Qaqik Tsarukyana məxsus malikanədə aparılan istintaq tədbirləri zamanı 3 şir, 1 pələng, eləcə də müxtəlif heyvan və quşlara aid 190 doldurulmuş eksponatın (müqəvva) götürüldüyünü açıqlayıb.
Məlumata görə, canlı heyvanlar təhlükəsizlik məqsədilə zooparka təhvil verilib.
İstintaq Komitəsinin bildirdiyinə əsasən, qanunsuz ov nəticəsində ətraf mühitə təxminən 30 milyon dram məbləğində ziyan dəyib.
Faktla bağlı ibtidai istintaq davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.