AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bolqarıstan Ukraynaya dəstək göstərən "Könüllülər koalisiyası"ndan çıxdığını açıqlayıb

  • + A
  • - A
  • Bu gün, 16:16

    Bolqarıstan Ukraynaya dəstək göstərən "Könüllülər koalisiyası"ndan çıxdığını açıqlayıb


    Bolqarıstan Ukraynaya maliyyə və hərbi dəstək göstərən ölkələrin daxil olduğu "Könüllülər koalisiyası"nda (Coalition of the Willing) iştirakını dayandırıb.

    Bu barədə ölkənin Baş naziri Rumen Radev jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, Sofiya Ukraynaya hərbi və maliyyə yardımının davam etdirilməsini dəstəkləyən koalisiyanın tərkibində olmayacaq.

    "Biz bu münaqişənin maliyyə və hərbi vasitələrlə uzadılmasını müdafiə edən koalisiyada iştirak etmirik. Hesab edirik ki, münaqişənin həlli onun uzadılmasında deyil, eskalasiyaya son qoyacaq güclü diplomatik səylərdədir", – deyə Radev vurğulayıb.

    Bloomberg agentliyinin məlumatına görə, Radev may ayında baş nazir vəzifəsinə gəldikdən sonra Ukraynaya hərbi yardımın göstərilməsini dayandırsa da, silah satışını məhdudlaşdırmayıb.

    Bolqarıstan hökumətinin başçısı daha əvvəl də Ukraynaya hərbi dəstəyin əleyhinə çıxış edib və Rusiyaya münasibətdə "praqmatik" siyasətin tərəfdarı olduğunu bildirib. O, Moskvanı dəstəkləməsi ilə bağlı ittihamları isə rədd edib.

    Məlumata görə, Bolqarıstan əvvəllər "Könüllülər koalisiyası"nın görüşlərində iştirak etsə də, Parisdə keçirilən son toplantıda təmsil olunmayıb. Həmin görüşdə doqquz Avropa ölkəsi və Ukrayna Rusiyanın ballistik raketlərinə qarşı mübarizə məqsədilə yeni əməkdaşlıq formatı yaratdıqlarını elan ediblər.

    Qeyd edək ki, Rumen Radev iyun ayında Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketinə veto qoyacağını da açıqlamışdı. O, həmçinin Rus Pravoslav Kilsəsinin patriarxı Kirillə və Rusiyanın "LUKOIL" şirkətinin təsisçisi Vahid Ələkbərova qarşı sanksiyalara etiraz etdiyini bildirmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR