Rumen Radev Azərbaycan prezidentini təbrik etdi
Bolqarıstan prezidenti Rumen Radev Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.
R. Radev bu ilin oktyabr ayında Azərbaycana rəsmi səfəri zamanı göstərdiyi qonaqpərvərliyə və əldə olunan nailiyyətlərə görə prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Bolqarıstan prezidenti əmindir ki, iki ölkə arasındakı əməkdaşlıq inkişaf etməkdə və dərinləşməkdə davam edəcək:
"Çünki bu münasibətlərin möhkəm təməlində xalqlarımız arasındakı dostluq münasibətləri dayanır. Sizin 2018-ci ildə Bolqarıstana səfərinizi arzu edirəm. Cənab prezident, bir daha Sizə dərin ehtiramımı çatdırıram".