AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AFP: Trampın təyyarəsində jurnalistlərdən Çini tərk etdikdən sonra mobil telefonları təhvil vermələri tələb olunub

  • + A
  • - A
  • Dünən, 21:09

    AFP: Trampın təyyarəsində jurnalistlərdən Çini tərk etdikdən sonra mobil telefonları təhvil vermələri tələb olunub


    AFP: Trampın təyyarəsində jurnalistlərdən Çini tərk etdikdən sonra mobil telefonları təhvil vermələri tələb olunub

    ABŞ Prezidenti Donald Trampı səfərlərində müşayiət edən jurnalistlərdən Air Force One təyyarəsi Çini tərk etdikdən sonra mobil telefonlarını təhvil vermələri istənilib.

    AFP xəbər verir ki, qeyri-adi təhlükəsizlik tədbiri dünya liderlərinin sammitindən sonra təyyarə Şençjendən havaya qalxarkən tətbiq edilib.

    Təyyarədə olan AFP müxbirinin sözlərinə görə, uçuşdan qısa müddət sonra jurnalistlərə təhlükəsizlik səbəbindən mobil telefonların müvəqqəti götürüləcəyi bildirilib. Lakin bu qərarla bağlı əlavə izahat verilməyib.

    Fox News-un müxbiri, həmçinin Ağ Ev Müxbirləri Assosiasiyasının prezidenti Jaklin Haynrix qeyd edib ki, Trampın may ayında Çinə əvvəlki səfəri zamanı jurnalistlərdən telefonlarını təhvil vermələri tələb olunmayıb.

    Onun sözlərinə görə, bu dəfə tətbiq edilən məhdudiyyət, eləcə də Alyaska üzərində uçuş marşrutuna dair dəyişikliklər Air Force One təyyarəsinin birbaşa ABŞ-a qayıdıb-qayıtmadığı ilə bağlı suallar yaradıb.

    Qeyd edək ki, Donald Tramp Asiya turnesi zamanı Şimali Koreya lideri Kim Çen Inla görüşə biləcəyini dəfələrlə istisna etməyib. Lakin indiyədək belə bir görüşün keçiriləcəyi rəsmən açıqlanmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR