AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda qız stadiona getdiyi üçün təzyiqlə üzləşdi, özünü yandırdı – VİDEO

  • + A
  • - A
  • 11-09-2019, 12:18

    İranda qız stadiona getdiyi üçün təzyiqlə üzləşdi, özünü yandırdı – VİDEO

    İranda futbola baxmaq üçün stadiona gedərkən saxlanılan qadın intihar edib.

    BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Seher Hudayari mart ayında İranda keçiriən futbol oyununa baxmaq üçün kişi paltarı geyinərək stadiona keçmək istəyib.

    Lakin nəzarətçilər onu tutublar. Bundan sonra 29 yaşlı Seher 4 gün polis tərəfindən həbs edilib. Onun barəsində cinayət işi başlanıb və məhkəməyə qədər qadın sərbəst buraxılıb.

    Məhkəməyə bir neçə dəfə get-gəl edən Seher prosesdən bezib. Həm də, cəmiyyətdə ona qarşı təzyiqlər başlayıb.

    Bu səbəbdən də, Seher özünü yandırıb. Xəstəxayana yerləşdirilən qadın bir neçə gündən sonra ölüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR