Havice İŞİD-dən təmizləndi — Rəsmən elan edildi
İraq ordusu Kərkükün qərbindəki rayonu İŞİD terrorçularından tamamilə təmizlədiyini rəsmən elan etdi.
Ordu birləşmələri dünən şəhərə qərbdən tanklarla girmişdi.
İŞİD terrorçularına İraqda növbəti zərbə endirildi. İraq ordusu Havice rayonunu bu gün səhər saatlarında tamamilə azad etdiyini bildirdi. Açıqlamanı əməliyyata rəhbərlik edən general-polkovnik Abduləmir Rəşid Yarallah verib.
İraq ordusu dünən günorta saatlarında şəhərə tanklarla girmişdi. Ordu ilə yanaşı İranın dəstəklədiyi şiə silahlıları və "Haşdi Şabi" qruplaşması da əməliyyatlarda iştirak edib.