Türk ordusu İŞİD-ə son zərbəni vurmağa hazırlaşır — Əl-Baba 500 xüsusi təyinatlı cəlb edildi
Türk ordusu Əl-Babda İŞİD-ə son zərbəni vurmağa hazırlaşır.
500 xüsusi təyinatlı Kayseridən Əl-Baba cəlb edilib. Hələbdən çıxan müxaliflərdən 1400 nəfər də türk ordusuna qoşulmaq üçün əraziyə gəlib. Bölgəni hər tərəfdən mühasirəyə alan birləşmələr tələyə düşməmək üçün addım-addım irəliləyir.
Ərazinin ən stratejik bölgəsi Akil Dağı terrorçulardan təmizlənib. Türk əsgəri Əl-Babı tamamilə mühasirəyə alıb. Azad Suriya Ordusunun 1400 döyüşçüsü də türk ordusuna qoşulub. Yaxın günlərdə onların sayının 2 minə çatacağı bildirilir.
İŞİD terrorçuları 2015-ci ildən bu yana Əl-Babın şərqində yerləşən emalatxanalarda yüzlərlə bombalı avtomobil istehsal edib. Terrorçular 60 bombalı avtomobili hələ də saxlayır. Türk ordusu tərəfindən 10 belə avtomobil məhv edilib. İŞİD-çilər bombalı avtomobilləri kamuflaj etmək üçün palçıqdan istifadə edir.
İŞİD Suriyanın ən böyük hərbi bazası sayılan Humus-Kifor ətrafında rejimə aid 30 km-lik sahəni ələ keçirib. Terrorçular əldə etdikləri silahları Əl-Baba göndəriblər.