R.T.Ərdoğan: Afrinin şəhər mərkəzi tam nəzarətə götürülüb — FOTO + VİDEO
"Afrin şəhər mərkəzi bu gün saat 08.30 radələrində Türkiyə ordusunun dəstəyi ilə müxalif Azad Suriya Ordusu (ASO) tərəfindən tamamilə nəzarətə götürülüb. Hazırda orada Türkiyə və ASO bayraqalrı dalğalanır. 140 min nəfər sakin Cerbalusa geri qayıtmışdı, indi isə Afrin sakinləri yurdlarına qayıdacaqlar".
Türkiyə mediası verdiyi xəbərə görə, bunu bu gün Çanaqqala zəfərinin 103-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
R. T. Ərdoğan PPK terror təşkilatının Suriya qolu PYD/YPG terrorçularının şəhərdən qaçdıqlarını bildirib.
"Çanaqqalada nə oldusa, sərhədlərimizdə də eyni şey oldu. Terror koridoru zənciri 4 nöqtədən qırıldı, qalan qolları da qıracağıq. Afrində yeni bir tarix yazırıq", deyə Türkiyə prezidenti qeyd edib.