Sakit okeanda Kuril adaları yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib. Azadmedia.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin ada bölməsindən məlumat verilib.
“Zəlzələnin episentri Kuril adasının Kunaşir adasındakı Qolovnino kəndindən 102 kilometr cənub-qərbdə yerləşib”, - Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova bildirib.
O qeyd edib ki, mənbə 63 km dərinlikdə olub.
Semenova əlavə edib ki, yeraltı təkanlar Qunaşirdə Yujno-Kurilsk vilayət mərkəzində dörd, Şikotan adasındakı Malokurilskoye kəndində isə üç bal gücündə hiss olunub.
Mənbə xatırladır ki, ötən ilin oktyabrında Kuril adalarında 5,4 bal gücündə zəlzələ baş verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.