Kremlin sözçüsü Dmitri Peskov rusiyalı pilot Maksim Kuzminovun Kurskdan Ukraynaya qaçırılan Mi-8 helikopteri ilə bağlı vəziyyəti şərh etməkdən imtina edib.
O, bunun Rusiya Müdafiə Nazirliyinin səlahiyyətində olduğunu bildirib.
"Təfərrüatları bilmədən nəyisə şərh etmək düzgün olmazdı", - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi izah edib.
Bundan əvvəl rusiyalı pilot Maksim Kuzminovun Kurskdan Mi-8 helikopterini qaçıraraq, göyərtəsində daha iki ekipaj üzvü olmaqla, onunla Ukraynaya keçdiyini bildirilib.
Helikopter avqustun 9-da Kursk aerodromundan Xarkov vilayətinə aparılıb. Rusiya Müdafiə Nazirliyi vəziyyəti şərh etməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.