Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Xırmandalı kəndində I Qarabağ müharibəsi şəhidi Qasımov Rüstəm Qənimət oğlunun anım günü ilə əlaqədar keçirilən tədbirdə iştirak etmişdir.
Tədbir çərçivəsində şəhidin xatirəsi ehtiramla yad edilmiş, onun adına inşa olunmuş yeni yaşayış evinin açılışı həyata keçirilmişdir.
Açılış mərasimində rayon icra hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri və şəhid ailələri iştirak etmişlər.
Çıxışlarda şəhidin keçdiyi şərəfli döyüş yolu qeyd olunmuş, onun əziz xatirəsinin daim uca tutulduğu vurğulanmışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.