Tayvan sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 320 min nəfər əhalisi olan Hualien şəhərindən 51 kilometr cənubda yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.