AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General

  • + A
  • - A
  • 19-05-2024, 14:15

    İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General


    İranın raketləri və pilotsuz təyyarələri aprelin 13-ü axşam saatlarında İsrailə qarşı kütləvi hücum zamanı hava hücumundan müdafiə sisteminin 12 eşelonunu keçib.

    Axar.az xəbər verir ki, bunu SEPAH-ın tərkibində olan “Bəsic” milislərinin rəis müavini, general-mayor Qasım Qüreyşi deyib.

    “Bizim raketlərimiz və pilotsuz təyyarələrimiz hədəfə çatmaq üçün hava hücumundan müdafiənin 12 eşelonunu keçməli idi ki, bu da İsrailə qarşı zərbədə istifadə olunan texnologiyanın yüksək səviyyədə olduğunu göstərir”, - o bildirib.

    Qüreyşi qeyd edib ki, Tehran hədəf olaraq İsrailin ən çox qorunan iki hərbi bazasını seçmişdi.

    Onun sözlərinə görə, bölgədəki bütün xarici hərbi bazalar İrandan atılan raketlərin və pilotsuz təyyarələrin qarşısını almaq üçün İsrail ordusuna kömək edirdi.

    Qeyd edək ki, İran aprelin 13-dən 14-nə keçən gecə İsrailə öz ərazisindən kütləvi hücum təşkil etmişdi. İsrail atılan 300-ə yaxın raket və PUA-nın 99%-nin məhv edildiyini bildirmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR