Son zamanlar 88 yaşlı kralın səhhətində ciddi problemlər yaranıb. Bu gün o, tibbi müayinədən keçmək üçün xəstəxanaya aparılıb.
Səudiyyə Ərəbistanı kralı Ciddədə xəstəxanaya yerləşdirilib. Bu barədə Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinin mayın 19-da yaydığı məlumatda deyilir.
Son zamanlar bu il 89 yaşı tamam olan Salman bin Əbdüləziz Əl Səud oynaq ağrılarından və yüksək hərarətdən əziyyət çəkirdi.
Bazar günü o, hərtərəfli tibbi müayinədən keçmək üçün xəstəxanaya aparılıb.
Xatırladaq ki, ötən ayın sonunda monarx artıq adi sağlamlıq müayinəsindən keçib. Sonradan bunun “adi yoxlama” olduğu bildirildi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.