İraqın baş naziri Məhəmməd əl-Sudani ölkənin Daxili İşlər Nazirliyinə İran prezidenti İbrahim Rəisinin helikopterinin axtarışına kömək etməyi tapşırıb. Bu barədə İraqın İNA agentliyi məlumat yayıb.
Mayın 19-da İran prezidentini daşıyan helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bir sıra digər İran rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb.
Hazırda İranın bütün təhlükəsizlik qüvvələri prezidentin axtarışı ilə məşğuldur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.