İran prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopterində olanların hamısı ölü sayılır. Bu barədə Reuters agentliyi adı açıqlanmayan məmura istinadən xəbər verir.
O vurğulayıb ki, təəssüf ki, prezident helikopterinin göyərtəsində olan hər kəs ölü sayılır.
Bundan əvvəl İran prezidenti İbrahim Rəisinin helikopterinin qəza nəticəsində tamamilə yandığı məlum olub.
Mayın 19-da İran prezidentini daşıyan helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bir sıra digər İran rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və rəsmiləri daşıyaraq təyinat yerinə təhlükəsiz şəkildə çatıb.
Hazırda İranın bütün təhlükəsizlik qüvvələri prezidentin axtarışı ilə məşğuldur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.