AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəisi və Abdullahianın meyitləri tanınmaz dərəcədə YANIBMIŞ

  • + A
  • - A
  • 26-05-2024, 12:00

    Rəisi və Abdullahianın meyitləri tanınmaz dərəcədə YANIBMIŞ

    ABŞ mətbuatı İran prezidenti İbrahim Rəisinin və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın həlak olduğu helikopter qəzası və ondan sonra baş verənlərlə bağlı diqqətçəkən təhlillər dərc edib.

    Qəzadan sonra helikopterdəki İmam Əl-Haşimlə əlaqə saxlanılıb və vəziyyətin ciddiliyi başa düşülüb. Təhlillərə görə, İran rəsmiləri helikopterin təcili eniş yox, qəzaya uğradığı məlum olduqdan sonra paytaxt Tehranda çaxnaşmanın hökm sürdüyünü iddia edib. Həmin vaxtdan sonra Rəisinin ya ağır yaralandığı, ya da öldüyü məlum olub.

    Tehran administrasiyası terror təşkilatı İŞİD və İsrail kimi düşmənlərin hücumu həyata keçirməsindən şübhələnib. İran kəşfiyyatının agentləri mümkün nümayişlərin qarşısını almaq üçün küçələrə çıxıb.

    Qəzetdə dərc olunan digər təhlildə İran prezidenti və xarici işlər naziri Abdullahianın meyitlərinin tanınmaz dərəcədə yandığı bildirilib. Məlumata görə, İranın axtarış-xilasetmə qrupları üzüyündən prezident Rəisi, saatından isə xarici işlər naziri Abdullahianı tanıyıb.

    İran prezidenti İbrahim Rəisini və digər rəsmiləri daşıyan helikopter mayın 19-da qəzaya düşüb. Qəzadan sağ çıxan olmayıb. (New York Times)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR