Ermənistanın şimalında daşqın səbəbindən 230-dan çox insan təxliyə edilib. RİA Novosti xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.
Bazar günü idarədən bildirilib ki, sel nəticəsində respublikanın şimalında yollar və körpülər dağılıb, onlarla insan təxliyə edilib, ölənlər barədə məlumat var.
“İlkin məlumatlara görə, təhlükəli ərazilərdən 232 vətəndaş təxliyyə edilib: 28 nəfər Tufenkian mehmanxana kompleksindən, 62 nəfər Təşir şəhərindən, 22 nəfər Alaverdidən, 110 nəfər Sənahin stansiyasından, 2 nəfər Dilican şəhərindən, 7 nəfər Ayrumadan, 1 nəfər Haqartsin kəndindəndir”, - deyə xidmətin press-relizində deyilir.
Xilasetmə işlərinə 300-dən çox insanın cəlb edildiyi qeyd edilir. Daxili İşlər Nazirliyinin xilasetmə xidməti gücləndirilmiş xidmətə keçib, axtarış-xilasetmə və qəza-bərpa işləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.