Cənubi Koreya bu il Şimali Koreyaya məxsus pilotsuz təyyarələri məhv etmək üçün lazer silahından istifadə etməyə hazırlaşır və dünyada bu cür silahları ordusunda istifadə edən ilk ölkə olacaq.
Bu barədə respublikanın silah tədarükü agentliyi məlumat yayıb.
"Ölkəmiz dünyada lazer silahlarını yerləşdirən və istifadə edən ilk ölkə oldu və ordumuz pilotsuz təyyarələrdən istifadə etməklə Şimali Koreyanın təxribatlarına cavab vermək qabiliyyətini daha da artıracaq", - deyə bəyanatda bu silahlardan istifadəni gələcək üçün dönüş nöqtəsi adlandırıb.
"Ulduz döyüşləri layihəsi" adlı lazer proqramının bir hissəsi olan silah uçan dronları 10-20 saniyə ərzində mühərriklərini yandıraraq vurur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.