BBC teleradio şirkəti özünün Twitter hesabında ABŞ prezidenti Donald Trampın yaralanması barədə yayılan xəbərləri araşdırır.
Bu barədə Böyük Britaniyanın Mirror qəzeti xəbər yayıb.
Araşdırmalar nəticəsində məlum olub ki, hakerlər BBC-nin Twitter hesabını sındıraraq belə bir məlumat yerləşdiriblər.
"Təcili xəbər: prezident Tramp inauqurasiya mərasimində əlindən güllə yarası alıb", - deyə hakerlərin yerləşdirdiyi xəbərdə deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.