Reuters: İran XİN başçısı ABŞ nümayəndələri ilə görüşməyəcək

İranın xarici işlər naziri Abbas Araqçi Pakistanın paytaxtı İslamabad şəhərinə səfər etsə də, ABŞ nümayəndələri ilə görüş planlaşdırılmır. Bu barədə Pakistan hökumətindəki mənbələr məlumat verib.
Məlumata görə, Araqçinin səfəri qısa müddətli olacaq və əsas məqsəd İranın ABŞ ilə mümkün danışıqlara dair təkliflərini müzakirə etməkdir. Bu təkliflərin daha sonra vasitəçi rolunda çıxış edən Pakistan tərəfindən ABŞ tərəfinə çatdırılması nəzərdə tutulur.
Gözlənilirdi ki, səfər çərçivəsində amerikalı nümayəndələrlə birbaşa görüş baş tutsun. Lakin Pakistan rəsmiləri belə bir görüşün gündəmdə olmadığını bildiriblər.
Qeyd edək ki, Pakistan bu prosesdə vasitəçi kimi çıxış edərək Tehran və Vaşinqton arasında mümkün dialoqun bərpasına çalışır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.