AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Trampın Anar Məmmədovun biznesini batırması dünya mətbuatındı - YENİ FAKTLAR

  • + A
  • - A
  • 23-12-2016, 12:18

    Trampın Anar Məmmədovun biznesini batırması dünya mətbuatındı - YENİ FAKTLAR




















    ABŞ-ın nüfuzlu Los Angeles Times qəzeti Trampın Azərbaycan da daxil olmaqla, dünya boyu inşaat layihələri barədə məqalə dərc edib. Məqalədə deyilir ki, Azərbaycan paytaxtı Bakıdakı Tramp Hotel Donald Trampın iki əvvəl söz verdiyi dünyanın ən yaxşı inşaat layihələri arasında olub. Ancaq bu arzu ötən həftələrdə Trampın layihədən geri çəkilməsi ilə iflasa uğrayıb. Şirkət bildirib ki, buna səbəb hakim ailəyə yaxın 34 yaşlı inşaatçı fərdin layihəni ləngitməsi olub.

    "Tramp Baku”-nun iflasa uğraması özü-özlüyündə verilmiş qərar deyil. İnaqurasiyasına bir ay qalmış növbəti prezident Trampın şirkəti onun administrasiyası üçün maraq münaqişəsi və mübahisələr yarada biləcəkləri düşüncəsi ilə bir neçə beynəlxalq biznesdən geri çəkildiyini açıqlayıb.

    Azərbaycanla yanaşı şirkət Gürcüstanda da çıxıb. Bununla yanaşı, Tramp Rio de Janeyro və Səudiyyə Ərəbistanındakı "Jiddə Hotel” razılığından da çıxdığını elan edib.

    Tramp Təşkilatının baş müşaviri Alan Qarten deyib ki, bəzi layihələrin ləğvi yalnız onların statusundakı vəziyyətlə bağlı olub və sadəcə biznes qərarları əsasında bu addımlar atılıb.

    O deyib ki, Tramp bu qərarların verilməsində rol oynamayıb və qərarı əsasən oğulları Donald Jr. və Erik, eləcə də şirkətin digər icraçıları qəbul edib.

    Azərbaycan və qonşuları haqda daimi yazılarla çıxış edən Karnegi Sulh Fondundan Tomas de Vaal qəzeti açıqlmasında deyib ki, Azərbaycanda korrupsiya bütöv bir sistemdir.

    "Orada ABŞ və Avropa ölkələrində olan qanun aliliyi yoxdur. Hər şey şəxsi münasibətlər zəminində həllini tapır. Azərbaycanda biznes qursanız, fərdlərlə, siyasi baxımdan güclü fərdlərlə sövdələşmə aparırsınız,” de Vaal bildirir.

    Bakıdakı Tramp Beynəlxalq Hotel və Qülləsi üçün Tramp Qarant Holdinq adlanan və ölkənin nəqliyyat nazirinin oğlu Anar Məmmədov tərəfindən idarə olunan şirkətlə razılaşma əldə edib.

    Məmmədov Vaşinqtonda da profilə malikdir. Onuin Azərbaycan Amerika Alyansı adlı qeyri-kommersiya təşkilat var. Hazırda təşkilatın telefon nomrəsi və vebsaytı işləmir. Məmmədov və qrupun Vaşinqton lobbiçisi Ceyms Fabiani LA Times-ın açıqlama almaq üçün müraciətinə cavab verməyib.

    Digər bir çox razılıqlarda olduğu kimi binanı Tramp inşa etməyib, sadəcə onun adı lisenziyalaşdırılıb. Razılıq 2014-cü ildə əldə edilib və Tramp otelin ödənişləri və idarəsi üçün $2.8 milyon dollar qazanc əldə edib. Tomas De Vaal isə deyir ki, neft qiymətlərinin enməsi və ölkə valyutasının ciddi dəyər itirməsi Azərbaycanın daşınmaz əmlak bazarında köklü təsir göstərib.

    Hələlik Trampın adı otel binasının üzərində qalır, deyə Vaşinqtondakı azərbaycanlı jurnalist Ələkbər Raufoğlu qəzetə açıqlamasında bildirib .

    Seçkilərin ardınca Azərbaycan rəsmiləri Trampla əlaqələrini təbliğ etmək üçün Vaşinqtondakı Tramp otelində Hanukkah bayram şənliyi keçiriblər.

    Qəzet yazır ki, Azərbaycanın ABŞ-dakı səfirliyi Tramp otelindəki tədbir və otel layihəsi ilə bağlı şərh verməkdən imtina edib ("Amerikanın səsi").


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR