AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

O. MƏNİM MƏNƏVİ ATAM İDİ (ESSE)

  • + A
  • - A
  • 26-07-2024, 17:11

    O. MƏNİM MƏNƏVİ ATAM İDİ (ESSE)

    ZƏBULLA İMANOV İNSAN LİBASINDA MƏLƏK İDİ

    "Gəlimli-gedimli, son ucu ölümlu" dünyamızda hər kəs uca Tanrıdan ona verilən bir ömür payını yaşayır, sonda köçür, gedir əbədiyyətə. Lakin bir ömrə bir neçə ömrü sığdırmaq, bir ömrü bir neçə insan ömrünə bərabər etmək hər kişinin işi deyil. Zəbulla İmanov məhz belə kişilərdən idi. Onun ürəyi ruhunda, ruhu ürəyindəydi. Ürəyinin səsi onu daim ucadan uca zirvələrə səsləyər, insanlığın əlçatmaz ənginliyinə aparardı. Bəli, Zəbulla müəllim heç də göründüyu kimi adi insan deyildi. Cəsədi insan, ürəyi mələk idi. Pisliklərdən, xoşagəlməzliklərdən, dikbaşlıqdan, təkəbbürdən, riyadan çox-çox uzaq, Pərvərdigarın seçilmiş sevimli bəndələrindən, saleh əməllilərindən idi. Ondan qanad açıb göydə uçan quş, yerdə yeriyən qarışqa, hərəkət edən heç bir bəşər övladı inciməzdi. Sözü əməlində, əməli sözündə tamamlanan bu insan sanki, xeyirxahlığa, mərdliyə, nəcibliyə, kişiliyə doğulmuşdu.
    Zəbulla müəllim, aşağı təbəqənin-yoxsulun, kasıbın, kimsəsizin adamı idi. Çalışirdi ki, özündən aşaği təbəqənin əlindən tutsun, əlsiz-ayaqsızlara yardım etsin, yetimi, yoxsulu sevindirsin, maddi və mənəvi imkanları ilə. Əslində bu, onun həyat kredosu idi.
    Xoşbəxtəm ki, zamanında belə nəcib, idraklı, imanlı, istiqanlı, geniş qəlbli insanın-Allah admının necə deyərlər, köynəyindən keçmişəm, onun işçisi olmuşam, onun evində boyümüşəm, ucalmışam. Zəbulla müəllimin həyat tərzi- danışıgı, davranısı, yerisi-duruşu, qarşısındakına münasibəti ozü özlüyundə bir əxlaq məktəbi idi.
    Mən doğulub boya-başa çatdıgım Saatlı rayonunun "Dönüs " qəzetində Onun rəhbərliyi altında çalışdığım müddətdə bu mötəbər, müdrik insandan sözun əsl mənasında həyat təhsili aldım, dürüstlüyü, gələcəyə düzgün baxışi, insanlara münasibəti, dost qazanmağı, mərdliyi, sədaqəti öyrəndim. Çox zaman iş vaxtı bitəndə gec olduğundan, yaşadığım doğma Məzrəli kəndinə minik-maşın olmadığından Zəbulla müəllimin təklif və təkidi ilə onlarda gecələyərdim. Bu insan butün müsbət keyfiyyətləri ilə yanaşı, qayğıkeş rəhbər, nümunəvi ailə başçısı idi. Ailəyə diqqətcil olduğu kimi, elə özunə də baxan, yeyib-içən, deyib-gülən insan idi. Onunla ünsiyyətdə olan adamı darıxmağa qomazdı maraqlı, mənalı, məzhəkəli sozü, söhbətləri, zarafatları ilə.
    Ürəyində narahatlığı olduğundan hər il yay mövsümundə Bakının Bilgəh qəsəbəsindəki Kardioloji Sanatoriyada kurs müalicə alardı.
    Zəbulla müəllim, dovrün Mirzə Cəlili idi.
    Zəbulla müəllim dərin təxəyyülə, geniş təsəvvürə, yuksək idraka və qeyri-adi təfəkürə malik yaradıcı insan idi. O, yaradıcılığında xarakterik olaraq qələmə aldıgı faktlara vicdanının gözü ilə baxar, ədalət tərəzisini boş qoymaz, haqqı nahaqqa verməzdi. Hətta, bu xasiyyətinə görə bəzən ona "yuxarı"lardan müəyyən təzyiqlər, təpkilər də olunardı, lakin sözundən geri çəkilməzdi. Təkzib yazmaq onun lüğətinə yad idi.
    Qələmə aldıdığı bütün yazıları yetərincə ictimai rəyə səbəb olar, yüksək rezonans doğurardı. Dövrün ab-havasına uyğun olaraq daha çox felyoton yazardı. Felyoton da nə felyoton.. Hər dəfə qəzet çapa gedərkən, ünvanlı felyotonları siyasi-büroda müzakirəyə qoyular, böyük həyəcan doğurar, tədbir görülərdi.
    Zəbulla müəllim qarşıya çıxan çətinlikləri, maneələri dəf edərək, olduqca sağlam kollektiv formalaşdıraraq, sükanı əlində möhkəm saxlayardı. Dedi-qoduya, yalana, iftiraya uymazdı. Hər kəsin haqqını özunə verərdi. Kollektiv arasında ona MÜƏLLİM deyilərdi. O illərdə dördüncü hakimiyyət rolunu tam gücü ilə oynayan yazılı mətbuatın, qəzetin nüfuzunu qorumaq, qaldırmaq özu də cəsarət tələb edirdi. Adi hərf səhvinə görə ictimai qınaqlar, hakimiyyət töhmətləri olmasına baxmayaraq, Zəbulla müəllim bu cür hallara yol verilməməsindən ötrü kollektivdə ciddiyyəti, qətiyyəti, səmimiyyəti qədər ortaya qoymağı bacarardı.

    NƏHAYƏT...

    1991-ci il.
    Kollektivin sıralarından real səbəblərlə bağlı Paytaxta üz tutanlar sırasında mən də var idim. Lakin mən qəzetdən istəmədən uzaqlaşaraq təhsil almaq ardınca Bakıya gəlməli oldum. Göndəriş isə bu alicənab insandan gəlmişdi. Beləcə, ürəklərimiz, ruhlarımız bir olsa da, cismən doğma redaksiyadan-Saatlının "Dönüş" qəzetindən o vaxtdan ayrıldım. Bir müddət sonra isə aldığım acı xəbər məni korun-korun yandırdı...
    Xatırladım ki, Zəbulla İmanov 1936-ci il dekabrın 12-si anadan olmuş, 2002-ci il iyulun 26-sı vəfat etmişdir.
    Zəbulla müəllimin vəfatı şəxsən, məni ondan cismən ayırsa da, ruhən, mənən o, boyük ŞƏXSİYYƏT yaddaşıma əbədi həkk olunub. Onun həyat yoldaşı Həvanisə xanım sanki xarakterinə ölçülüb, biçilmişdi. Aralarında söz-söhbətdən uzaq, yüksək hörmət, sevgi-məhəbbət vardı. Anam Zəminənin özünü tapardım onda....
    Həvanisə xanım 1938-ci il mart ayının 8-də doğulub, 2011-ci il sentyabrın 13-ü dünyasın dəyişmişdir.
    Hər ikisinin ruhu şad olsun. Hər ikisini dərin hörmət, ehtiram və qürur hissi ilə yad edir, ruhları qarşısında baş əyirəm! Allah rəhmət eləsin!


    Bəradər Səməndərli
    "Atributinfo.az"-ın baş redaktoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR