AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ülvi Quliyevin seçkiqabağı təbliğat-təşviqat kampaniyası böyük ruh yüksəkliyi ilə davam edir - FOTOLAR

  • + A
  • - A
  • 18-08-2024, 16:20

    Ülvi Quliyevin seçkiqabağı təbliğat-təşviqat kampaniyası böyük ruh yüksəkliyi ilə davam edir - FOTOLAR


    Bakı, 18 avqust — Azadmedia.az


    VII çağırış Milli Məclisin deputatlığına namizəd Ülvi Quliyev seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində artıq dəfələrlə vətəndaşlarla görüş keçirib.

    Azadmedia.az xəbər verir ki, 15 saylı Yasamal rayon birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyevin seçki kampaniyası böyük ruh yüksəkliyi ilə davam edir.

    Deputat Qərargahından Azadmedia.az-a verilən məlumata görə, hər bir görüş zamanı
    seçki dairəsindən olan sakinlər Ülvi Quliyevi səmimiyyətlə, böyük coşğu ilə qarşılayıblar.

    Belə ki, Sakinlərlə olduqca səmimi ab-havada keçən görüşlərdə Ülvi Quliyev ölkə Başçısı İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasəti, aparılan dərin məzmunlu islahatlar haqqında da ətraflı məlumat verib. Bu tərz islahatların ölkəmizin inkişafına böyük təkan verməklə bərabər, əhalinin sosial rifahının daha da yüksəlməsinə xidmət etdiyini vurğulayıb.

    Bundan əlavə, hər bir görüş zamanı, sakinlərin problemləri, şikayət və təklifləri dinlənilib. Deputatlığa namizəd Ülvi Quliyev qaldırılan məsələlərin təhlil olunaraq, həll edilməsi istiqamətində önəmli addımların atılacağını diqqətə çatdırıb.

    Görüşdə çıxış edən seçicilər ən layiqli namizədi dəstəkləyəcəklərini, qarşıdan gələn seçkilərdə layiqli namizədə səs verəcəklərini bildiriblər.

    Qeyd edək ki, Ülvi Quliyevin seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində keçirdiyi bütün görüşlərdə
    Qazilərimiz və şəhid ailələrimiz böyük ruh yüksəkliyi ilə iştirak edirlər.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR