AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMTBETİ-də “Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin xəstəlik və zərərvericilərinin idarə edilməsi” adlı respublika elmi-praktiki konfransı keçiriləcək - FOTOLAR

  • + A
  • - A
  • 15-09-2024, 07:16

    BMTBETİ-də “Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin xəstəlik və zərərvericilərinin idarə edilməsi” adlı respublika elmi-praktiki konfransı keçiriləcək - FOTOLAR



    Bakı, 15 Sentyabr — Azadmedia.az


    Bitki mühafizə və Texniki bitkilər İnstitutunda
    (BMTBETİ) “Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin xəstəlik və zərərvericilərinin idarə edilməsi” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək.

    Azadmedia.az xəbər verir ki, 24-25 sentyabr 2024-cü il tarixlərində baş tutacaq elmi-praktiki konfrans eyni zamanda, noyabr ayında Bakı şəhərində keçiriləcək olan COP29-a (Conference of the Parties/Tərəflərin Konfransı) dəstək məqsədi daşıyır.

    Belə ki, bu barədə BMTB ETİ-nin rəhbəri Prof. İbrahim Cəfərov, öz sosial media hesabında da paylaşım edərək geniş məlumat verib.

    Prof. İbrahim Cəfərov qeyd edib ki, “24-25 sentyabr 2024- cü il tarixlərində Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda (Əziz Əliyev, 91) “Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin xəstəlik və zərərvericilərinin idarə edilməsi” mövzusunda respublika elmi praktiki konfransı keçiriləcəkdir. Tədbir saat 11:00 başlayır. Müvafiq qurumların hamısına məlumat verilmiş, dəvətlər göndərilmişdir. Maraq göstərən hər kəsi konfransa dəvət edirəm. Qlobal iqlim dəyişkənliyi dünya ictimaiyyətini narahat edən bir problemdir, bu məsələnin həllinə hər kəs dəstək verməlidir. Tədbir həm də noyabr ayında Bakı şəhərində keçiriləcək COP29- a dəstək xarakteri daşıyır.”

    Azadmedia.az BMTBETİ-də baş tutacaq olan “Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin xəstəlik və zərərvericilərinin idarə edilməsi” adlı konfransın işinə uğurlar arzu edir.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR