AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan Bakıya dəvət edildi - Rəsmi

  • + A
  • - A
  • 17-09-2024, 12:37

    Paşinyan Bakıya dəvət edildi - Rəsmi

     Ötən ilin dekabr ayında əldə olunmuş razılığa əsasən, Ermənistan tərəfi Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə namizədliyini dəstəkləyib. Bunun əvəzində Azərbaycan tərəfi də Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyib.

    Bu sözləri XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Report-a müsahibəsində deyib.

    “Qarşıdan gələn noyabr ayında on minlərlə iştirakçı iqlim dəyişikliyi nöqteyi-nəzərindən planetimizin gələcəyini müzakirə etmək üçün COP29-la bağlı Bakıya səfər edəcək. Bu məqsədlə Ermənistan daxil olmaqla, bütün ölkələrə dəvət göndərilib. Ancaq Ermənistan tərəfinin COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə Azərbaycan tərəfində hər hansı bir məlumat mövcud deyil. Emənistanın Baş naziri Nikol Paşinyan da bu barədə açıqlamasında qəti fikir bildirməyib”, - A.Hacızadə vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR