İranın Cənubi Xorasan ostanındakı Təbas kömür mədənində qaz partlayışında 30 nəfər ölüb, 17 nəfər yaralanıb.
Bu barədə Qızıl Aypara Cəmiyyətinin sədri bildirib.
Onun sözlərinə görə, 22 nəfərin axtarışları hələ də davam edir.
Xəsarət alan 17 nəfər xəstəxanaya yerləşdirilib.
Qəzaya “Mədənci” şirkəti tərəfindən idarə olunan mədənin B və C bloklarında metan qazının partlaması səbəb olub.
Partlayış zamanı bloklardakı işçilərin ümumi sayının 69 nəfər olduğu bildirilib.
XXX
09:51
İranın Cənubi Xorason ostanında kömür şaxtasında partlayış olub, 19 nəfər ölüb.
Bu barədə Mehr agentliyi məlumat yayıb.
Hadisə şənbə günü yerli vaxtla saat 21.00-da Tabas şəhərində şaxtalardan birində baş verib.
Hazırda xilasetmə əməliyyatı aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.