AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azadmedia.az-ın rəhbəri jurnalist Xəlil Xəlilov anasının vəfatına görə direktor Rəfael Hüseynova baş sağlığı verib

  • + A
  • - A
  • Bu gün, 18:10

    Azadmedia.az-ın rəhbəri jurnalist Xəlil Xəlilov  anasının vəfatına görə direktor Rəfael Hüseynova baş sağlığı verib



    Bakı, 22 sentyabr — Azadmedia.az

    Bakı şəhəri Nəsimi rayonu 14 №-li tam orta məktəbin direktoru Rəfael Hüseynovun anası Firəngiz xanımın vəfatı ilə əlaqədar Azadmedia.az-ın rəhbəri jurnalist Xəlil Xəlilov başsağlığı verib.

    Bakı şəhəri Nəsimi rayonu 14 №-li tam orta məktəbin direktoru Rəfail Hüseynova ağır itki üz verib. Anasının vəfatı həm ailəsi, həm də yaxınlarını dərindən kədərləndirmişdir.
    Kaş ki analar ölümsüz ola.. Heç şübhəsiz, dünyada misli bərabəri olmayan varlıq, yaranışın əsl möcüzəsi Anadır! Qürurla deyə bilərik ki, bu həyatda öyrədilən bilgilərin heç biri, bizə bir ananın bir baxışının, bir kəliməsinin verdiyi şeyi vermək qabiliyyətində deyil...
    Əlbətdə ki, heç vaxt sözlərlə ifadə edilə bilməyən fədakarlığı və qarşılıqsız sevgini təsvir edin desələr, hər bir halda sadəcə “ana” deyərik!..
    Hörmətli Rəfail müəllimə bu ağır günlərdə dərdinə şərik olur və ona bu çətin günlərdə səbr diləyirəm.

    Rəfail müəllim artıq uzun illərdir ki, təhsil sahəsində müvəffəqiyyətlə fəaliyyət göstərir, həm öz işini yüksək səviyyədə inkişaf etdirir və həm də müəllim adını peşəkar səviyyədə layiqincə təmsil edir. Bəli,
    müəllim bir memar, ya mühəndisdir ki, insanların düşüncələrini, ağlını düzəldir.. Gənc nəslin şəxsiyyət olaraq formalaşmasında, Vətənə, millətə xeyirli övlad olaraq yetişdirilməsində müəllimlərimizin rolu misilsiz və əvəzsizdir..
    Rəfail müəllim məhz, belə müəllimlərimizdəndir.
    O, hər zaman Azərbaycan təhsilinin tərəqqisi və yüksək keyfiyyəti üçün çalışıb, müəllimlər və şagirdlər arasında hər daim hörmət və etimad qazanmış müəllimdir. Əlbətdə ki, R. Hüseynovun bu kədərli anlarında 14 №-li tam orta məktəbin pedaqoji və şagird kollektivi, dostları, KİV nümayəndələri daim yanındadır, dərin hüznlə anası Firəngiz xanımın vəfatı ilə bağlı baş sağlığı verir və Allahdan rəhmət diləyirlər.

    Hörmətli Rafael Hüseynov ananızın vəfatı xəbərindən olduqca kədərləndim.
    Doğrudan da, ana acısını yaşamaq olduqca ağırdır. Bu ağır itki ilə əlaqədar dəyərli qardaşım, Siz başda olmaqla bütün ailə üzvlərinizə bir daha baş sağlığı verir, Uca Allahdan səbr, ananıza isə rəhmət diləyirəm.

    Allah rəhmət eləsin!


    Xəlil Xəlilov
    Azadmedia.az-ın rəhbəri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR